“Mançester Yunayted”də argentinalı müdafiəçi
Niderlandın “Ayaks” klubunun və Argentina millisinin müdafiəçisi Lisandro Martines karyerasını İngiltərədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu “Mançester Yunayted”lə razılığa gəlib.
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Futbolçunun tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcəyi diqqətə çatdırılıb.
Bu transfer “qırmızı şeytanlar”a 67.37 milyon avroya başa gəlib. Belə ki, MY “Ayaks”a 57.37 milyon avro təzminat ödəyəcək. Lakin gələcəkdə əlavə bonuslar sayəsində Niderland klubunun daha 10 milyon avro qazanmaq şansı olacaq.
Lisandro 2019-cu ilin yayından “Ayaks”da forma geyinirdi. O, Amsterdam təmsilçisində MY-nin niderlandlı çalışdırıcısı Erik ten Haqın rəhbərliyi altında top qovub. Bu komandanın heyətində bütövlükdə 120 matça çıxmış futbolçu, 6 qol da vurub. Müdafiəçi Argentina yığmasında da 7 matça çıxıb.
Bizi Facebook-da izləyin