“Mançester Yunayted”dən yeni Ronaldo açıqlaması – Müqaviləsi ləğv olunur

İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Kristiano Ronaldonun son müsahibəsi ilə bağlı müvafiq addımlar atıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.

Mançester təmsilçisi proses yekunlaşanadək əlavə şərh verilməyəcəyini bildirib.

Xatırladaq ki, 37 yaşlı forvard müsahibəsində “Mançester Yunayted”lə bağlı kifayət qədər ciddi tənqidi fikirlər səsləndirib.

“The Guardian” nəşrinin iddiasına görə, “Mançester Yunayted” rəhbərlyi hazırda Ronaldonun müqaviləsini ləğv etmək istəyir. Klub artıq bununla bağlı vəkillər tutub və məhkəməyə müraciət edib. Mançester təmsilçisi bu məsələnin tez zamanda həll olunmasını istəyir. 37 yaşlı portuqaliyalı hücumçuya Qətərdəki dünya çempionatından sonra məşq bazasına qayıtmamaq göstərişi verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button