“Mançester Yunayted”dən ayrılan futbolçu “Vest Hem”də – Rəsmi
Müdafiəçi Aaron Van-Bissakanın “Mançester Yunayted”dən “Vest Hem”ə transferi başa çatıb.
Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli futbolçu “Vest Hem”ə keçmək qərarına heç bir şübhəsinin olmadığını bildirib:
“Vest Hem”ə keçmək qərarıma heç bir şübhəm yox idi. Mən burada hər bir oyunçunun bir-birini qələbəyə doğru çəkdiyi birləşmiş komanda görürəm”.
“Vest Hem” 26 yaşlı futbolçu üçün 20 milyon avro təzminat ödəyib.
Van-Bissaka 2019-cu ildə “Mançester Yunayted”ə “Kristal Pelas”dan 55 milyon avroya transfer olunmuşdu. O, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın yeni mövsümdə planlarına daxil edilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin