“Mançester Yunayted”dən antirekord
“Mançester Yunayted” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında PSJ-yə 0:2 hesabıyla məğlub olub.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” bu məğlubiyyətlə antirekorda imza atıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, “Mançester Yunayted” Çempionlar Liqası tarixində ilk dəfə öz meydanında birdən çox top fərqiylə məğlub olub.
PSJ ilə “Mançester Yunayted” arasındakı cavab matçı martın 6-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin