“Mançester Yunayted”dən 36 yaşlı futbolçusu ilə yeni müqavilə
İngiltərənin “Mançester Yunayted” klubu təcrübəli futbolçusu Conni Evansla müqavilə müddətini uzadıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”la 36 yaşlı oyunçu arasında 1 illik yeni sözləşmə imzalanıb.
“Mançester Yunayted”in yetirməsi olan şimali irlandiyalı müdafiəçi ötən mövsüm 30 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin