“Mançester Yunayted”də yeni müqavilə
“Mançester Yunayted” 20 yaşlı oyunçusu Tahit Çonq ilə müqavilə yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi.
Çonq Hollandiyanın U-21 millisinin üzvüdü. O, “Mançester Yunayted” akademiyasının yetirməsidi. 20 yaşlı futbolçu əsas komandada 14 oyun keçirib.
Qeyd edək ki, hollandiyalı oyunçu ilə “Barselona”, “Yuventus” və “İnter”in maraqlandığı iddia edilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin