“Mançester Yunayted”də yeni müqavilə
İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Markus Reşfordla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşməyə əsasən, 22 yaşlı hücumçu 2023-cü ilin yayına kimi “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq. “Mançester Yunayted” bu müddət ərzində oyunçu ilə müqaviləni daha bir il uzada bilər.
Qeyd edək ki, İngiltərə millisinin də formasını geyinən Markus Reşfordun əvvəlki müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər idi. 7 yaşından MY-nin futbol akademiyasına cəlb olunan hücumçu, 2015-ci ildən əsas komandada oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin