“Mançester Yunayted”də yeni müqavilə

“Mançester Yunayted” futbolçusu Fil Consun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı müdafiəçiylə 4,5+1 illik yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2011-ci ildən “Mançester Yunayted”də forma geyinən Consun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.

Cari mövsümdə 16 qarşılaşmada iştirak edən Cons, İngiltərə millisinin də üzvüdür.