“Mançester Yunayted”də növbəti ayrılıq
İngiltərənin “Mançester Yunayted” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Pol Poqbanın ardından Cessi Linqardla da vidalaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin bu ayın sonuna qədər olduğunu xatırladan klub, onunla yeni sözləşmə imzalanmayacağını bəyan edib.
Kiçik yaşlarından “Mançester Yunayted”də forma geyinməyə başlayan Linqard, bu klubun əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin