
Kapitan şikayətləndi: “Hücumda aqressivlik yoxdur”
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes Premyer Liqa matçında “İpsviç” üzərində qazanılan qələbə ilə bağlı fikirlərini bölüşüb.
Qarşılaşma “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu zaman keçdikcə vəziyyətin dəyişəcəyini söyləyib:
“Vəziyyət belədir, problemlərimiz var, hazırda ən yaxşı futbolumuzu oynamırıq. Hər iki hissədə qol vurduq və matça nəzarət etdik. Amma “Mançester Yunayted”də hücumda aqressivlik yoxdur. Zaman keçdikcə vəziyyət dəyişəcək”.
“Mançester Yunayted” bütün ikinci hissəni bir nəfər azlıqda keçirib. Patrik Dorqu birinci hissənin sonunda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Fernandes bu mövsüm Premyer Liqada 26 matçda meydana çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin