“Mançester Yunayted”də ciddi itki

“Mançetser Yunayted”in heyətində ciddi itki baş verib.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Lisandro Martines zədələnib. Argentinalı futbolçu Premyer Liqanın 23-cü turunun “Vest Hem”lə matçında (3:0) sıradan çıxıb.

Komandanın baş məşqçisi Erik ten Haq 25 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.

“Mançester Yunayted” Lisandro Martinesi 2022-ci ilin yayında “Ayaks”dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button