
MY argentinalı qapıçıdan vaz keçmir
“Mançester Yunayted” qış transfer pəncərəsində “Aston Villa”nın qapıçısı Emiliano Martinesi transfer etməyi yenidən gündəmə gətirə bilər.
“Qırmızı şeytanlar” yayda argentinalı qolkiperlə razılığa gəlmişdilər, ancaq sonda “Antverpen”dən 23 yaşlı Senne Lammensi heyətə qatmağa üstünlük verdilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub yanvarda təcrübəli qapıçıya ehtiyac duyarsa, Martines əsas namizədlərdən biri olacaq.
Ehtimal olunan digər seçim isə “Milan”la müqaviləsinin müddəti gələn yay başa çatacaq Mayk Menyandır.
Hazırda isə Lammensin ən azı mövsümün sonuna qədər “Mançester Yunayted”in əsas qapıçısı olacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



