
MY Fransa klubundan yarımmüdafiəçi transfer edə bilər
“Lion”un yarımmüdafiəçisi Rayan Çerki “Mançester Yunayted”ə keçə bilər.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı futbolçu ilə maraqlanır. Yarımmüdafiəçinin xidmətində “qırmızı şeytanlar”la yanaşı, PSJ və “Liverpul” da maraqlıdır.
Çerki 2024/2025 mövsümündə hazırkı komandasında 37 oyun keçirib, 10 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun “Lion”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



