
MY İtaliya klubunun futbolçusu ilə maraqlanır
“Atalanta”nın yarımmüdafiəçisi Ederson yaxın vaxtlarda klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi futbolçunun bacarıqlarını yüksək qiymətləndirir və qış transfer pəncərəsində onun uğrunda yarışmağa hazırdır.
Edersonun “Atalanta” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. 25 yaşlı yarımmüdafiəçi A Seriyasının cari mövsümündə 16 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin