
MY yeni hücumçu ilə 2030-cu ilə qədər olan müqavilə imzalayacaq
“Vulverhempton”un hücumçusu Mateus Kunya “Mançester Yunayted”ə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester klubu futbolçu ilə şifahi razılığa gəldiyini təsdiqləyib və tərəflər arasında 2030-cu ilə qədər olan müqavilə imzalanacaq. Həmçinin, “Mançester Yunayted”in Kunyanın transferi üçün bir neçə hissə ilə 62,5 milyon funt-sterlinq ödəyəcəyi bildirilib. Müqavilənin gələn həftə rəsmi olaraq başa çatacağı gözlənilir.
25 yaşlı forvard 2024/25 mövsümündə Premyer Liqada 33 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin