MY iki futbolçu arasında seçim edir

“Mançester Yunayted” rəhbərliyi yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” İspaniya çempionatından iki futbolçunu hədəfə alıb. İngiltərə klubu “Barselona”nın vingeri Rafinya və “Atletik”in yarımmüdafiəçisi Niko Uilyams arasında seçim edir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 29 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button