MY yeni hücumçu almağı planlaşdırır
“Mançester Yunayted” “Vulverhempton”un hücumçusu Mateus Kunya ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” növbəti mövsüm başlamazdan əvvəl Kunyanı almağı planlaşdırır. Amma “Vulverhempton” braziliyalı futbolçunu buraxmaq istəmir və ona 2030-cu ilin yayına qədər olacaq yeni müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Kunya bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin