“Mançester Yunayted”in skautları “Atalanta”nın 3 futbolçusunu izləyib

“Mançester Yunayted”in skautları ötən həftəsonu “Milan” – “Atalanta” matçında görüntülənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, skautlar “Atalanta”nın üç futbolçusunu – Ademola Lukman, Mateo Reteqi və Edersonu izləyiblər. Matçda yeganə qolu vuran Edersonun yaxşı təsir bağışladığı bildirilib və braziliyalı futbolçu İngiltərə klubunun transfer hədəfi ola bilər.

25 yaşlı Ederson bu mövsüm 44 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button