
“Mançester Yunayted” 3 futbolçu ilə yollarını ayıracaq
“Mançester Yunayted” rəhbərliyi gələn ilin yayında heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” üç futbolçunu satış siyahısına daxil edib: Ceydon Sanço, Kazemiro və Tayrel Malasiya.
Hər üç oyunçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Bu isə o deməkdir ki, onlar satılmasa, klublar onları azad agent kimi pulsuz əldə edə biləcəklər.
“Mançester Yunayted” hazırda beş turdan sonra Premyer Liqada 7 xal toplayaraq, turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Ruben Amorimin komandası lider “Liverpul”dan 8 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



