MY müdafiəçisi üçün sərfəli təklif gözləyir

“Mançester Yunayted” müdafiəçi Aaron Van-Bissakanı sata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” sərfəli təklif alarsa, ingiltərəli futbolçunu satacaq.

Bissakanın “Mançester Yunayted”lə müqaviləsinin bitməsinə cəmi bir il qalıb. Ona görə də, klub oyunçunu satmağa açıqdır. Çünki bir ildən sonra müdafiəçi azad agent kimi klubdan ayrıla bilər.

Van-Bissaka İngiltərə Premyer Liqası və İtaliya A Seriyasından klubların maraq dairəsindədir.

26 yaşlı müdafiəçi İngiltərə çempionatının son mövsümündə 2 məhsuldar ötürmə edib. O, 2019-cu ildən “Mançester Yunayted”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button