MY və “Barselona” futbolçularını dəyişdirə bilər

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq rəhbərlikdən cinah yarımmüdafiəçisi Ceydon Sançonu klubdan buraxmağı xahiş edib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, klub başa düşür ki, 2021-ci ilin yayında “Mançester Yunayted”in “Borussiya”ya (Dortmund) ingilis futbolçu üçün ödədiyi 85 milyon avronu indi heç kim verməyəcək. Buna görə də ingilislər Sançonu “Barselona”nın cinah oyunçusu Rafinya ilə dəyişməyi təklif ediblər.

Sanço Ten Haq ilə münaqişəyə görə avqustun 26-dan bəri İngiltərə klubunda oynamayıb.

Rafinya 2022-ci ilin yayında “Lids”dən 58 milyon avro qarşılığında “Barselona”ya keçib. Bu mövsüm o, 15 görüşdə 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button