MY ən çox maaş alan futbolçusunu satacaq?

“Mançester Yunayted” ötən mövsüm uğursuzluğa düçar olan hücumçusu Markus Reşfordu bu yay sata bilər.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu başqa kluba getməyə hazırdır.

“Mançester Yunayted” rəhbərliyi hücumçuya karyerasını dirçəltmək üçün daha bir şans verə bilər, lakin yekun qərar hələ verilməyib.

Reşford hazırda “qırmızı şeytanlar”ın ən çox maaş alan futbolçusudur. O, ildə 18 milyon avrodan çox qazanır.

Futbolçu İngiltərə Premyer Liqasının son mövsümündə 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button