“Mançester Yunayted” üçün İngiltərəyə yollandı
“Atalanta”nın hücumçusu Rasmus Hoylundun “Mançester Yunayted”ə keçidi tamamlanmaq üzrədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu yeni klubunda tibbi müayinədən keçmək üçün İngiltərəyə gedib. Hoylund daha bir mövsüm uzatma ehtimalı ilə “qırmızı şeytanlar”la beş illik müqavilə imzalayacaq.
Daha əvvəl İngiltərə klubunun danimarkalı futbolçunun transferi üçün “Atalanta”ya 75+10 milyon avro ödəyəcəyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin