
İngiltərə klubu Tuxelin namizədliyini nəzərdən keçirmir
“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçi postuna Tomas Tuxelin gətirilməsi variantını nəzərdən keçirməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” hazırkı baş məşqçi Ruben Amorimin yerinə Tuxeli gətirməyi planlaşdırmır. Alman mütəxəssis hazırda İngiltərə yığmasında çalışır və onun milli komanda ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
“Mançester Yunayted” Premyer Liqanın 7 turundan sonra 10 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komanda növbəti oyununu səfərdə “Liverpul”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



