MY Tuxelin namizədliyini nəzərdən keçirir

“Mançester Yunayted” baş məşqçi Erik Ten Haqı istefaya göndərməyi düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hazırda işsiz olan “Çelsi”nin keçmiş baş məşqçisi Tomas Tuxelin namizədliyini ciddi şəkildə nəzərdən keçirir. Almaniyalı mütəxəssis keçən mövsüm bir kubok belə qazana bilmədiyi “Bayern”dən ayrılıb.

Tuxel daha əvvəl “Çelsi”nin başında Çempionlar Liqasının qalibi olub.

“Mançester Yunayted” Ten Haqın rəhbərliyi altında ilk 7 turdan sonra 8 xal toplayıb və Premyer Liqada 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button