“Mançester Siti”dən xal itkisi

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, 3 gün ərzində keçiriləcək turun açılış oyununda “Brayton” və “Liverpul” kollektivləri üz-üzə gəliblər. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Ən maraqlı oyunlardan biri “Old Trafford”da olub. İki oyundur qələbə qazana bilməyən, üstəlik, ötən tur derbidə “Mançester Siti”yə böyük hesabla məğlub olan “Mançester Yunayted” azarkeşlərin könlünü almaq üçün “Tottenhem”lə matçdan 3 xalla ayrılmaq niyyətindəydi. London klubu isə ardıcıl üçüncü qələbəyə köklənmişdi. Amma “qırmızı şeytanlar” Kristiano Ronaldonun het-trik etdiyi qarşılaşmadan qələbə ilə ayrılıb.

Bazar günü altı qarşılaşma baş tutub. “Vest Hem” “Aston Villa”nı, “Lids” “Norviç”i, məğlub yola salıb. “Sauthempton” evdə “Uotford”a uduzubsa, “Everton” da “Vulverhempton”a məğlub olub.

2022-ci ildə uğurlu çıxış edən “Nyukasl” 9 oyunluq məğlubiyyətsizlik seriyasını “Çelsi” ilə səfər matçında davam etdirməyə çalışsa da, buna nail olmayıb. Premyer Liqada 5 oyundur uduzmayan London klubu bu oyundan minimal hesabla qalib ayrılıb. Paytaxtın digər təmsilçisi “Arsenal” da “Lester”lə ev oyununda inamlı qələbəyə sevinib.

Tura “Kristal Pelas” – “Mançester Siti” görüşüylə yekun vurulub. Bu görüşdə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası, 29-cu tur

12 mart

Brayton – Liverpul 0:2
Qol
: L.Dias, 19. Salah, 61-pen.

Brentford – Bernli 2:0
Qol
: Toni, 85; 90+4-pen.

Mançester Yunayted – Tottenhem 3:2
Qol
: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.

13 mart

Vest Hem – Aston Villa 2:1
Qol
: Yarmolenko, 70. Fornals, 82 – Remsi, 90.

Lids – Norviç 2:1
Qol
: Rodriqo, 14. Gelhardt, 90+4 – Maklin, 90+1.

Sauthempton – Uotford 1:2
Qol
: Elyunussi, 45 – Kuço, 14; 34.

Çelsi – Nyukasl 1:0
Qol
: Haverts, 89.

Everton – Vulverhempton 0:1
Qol
: Koadi, 49.

Arsenal – Lester 2:0
Qol
: Partey, 11. Lakazette, 59.

14 mart

Kristal Pelas – Mançester Siti 0:0

Bombardir: Məhəmməd Salah (Liverpul) – 19 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button