MY Ten Haqla bağlı qərar verib

“Mançester Yunayted” Erik ten Haqı komandanın “sükanı arxasında” saxlamaq qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” baş məşqçi ilə danışıqlarda irəliləyib. Belə ki, klub rəhbərliyi niderlandlı mütəxəssislə yeni müqavilə imzalamaq istəyir. Yaxın vaxtlarda razılığın əldə olunacağı gözlənilir.

Eyni zamanda, “Mançester Yunayetd”in sahibləri INEOS idman layihəsini Ten Haqa tamamilə etibar etmək istəyirlər.

Ten Haqın komandası ötən mövsüm Premyer Liqada 8-ci yeri tutub. Həmçinin, komanda İngiltərə kubokunu qazandığı üçün gələn mövsüm Avropa Liqasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button