
“Mançester Yunayted” Ten Haqı qovdu
“Mançester Yunayted” Erik ten Haqı baş məşqçi postundan qovub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yayda niderlandlı məşqçi ilə müqavilə 2026-cı ilə qədər uzadılıb. Lakin indi mövsüm başlayandan sonra onunla ayrılmaq qərarına gəliblər.
Komandaya müvəqqəti olaraq keçmiş futbolçusu Rud van Nistelroy rəhbərlik edəcək.
“Mançester Yunayted” Premyer Liqada 14-cü yerdədir.
“Barselona”nın keçmiş baş məşqçisi Xavinin “qırmızı şeytanlar”ın “sükanı arxasına” keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin