Ten Haq “Mançester Yunayted”i nə qədər ziyana salıb?

Erik ten Haqın “Mançester Yunayted”dən qovulduqdan sonra nə qədər pul aldığı məlum olub.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, “Mançester Yunayted” 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilənin vaxtından əvvəl ləğvi üçün niderlandlı mütəxəssisə və onun məşqçilər heyətinə 12,5 milyon avro ödəyib.

Ten Haq 2022-ci ilin yayından “qırmızı şeytanlar”ı çalışdırıb. Komanda onun rəhbərliyi altında İngiltərə kubokunu (2023/24) və İngiltərə Liqa kubokunu (2022/23) qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button