“Mançester Yunayted” tarixinin ən yaxşısı Ronaldodur” – Ratkliff

“Mançester Yunayted”in yeni həmsahibi Cim Ratkliff “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, Ronaldonun klub tarixindəki ən yaxşı futbolçu olduğunu deyib:

“Mançester Yunayted” tarixinin ən yaxşı futbolçusu kimdir? Məncə, bu, Ronaldodur. Bobbi Çarltonu çətinliklə xatırlayıram. O, klubun əfsanəsidir. Amma bir gün mən Aleks Ferqyusondan onun üçün ən yaxşı futbolçunun kim olduğunu soruşdum və o, Ronaldonun adını çəkdi”.

Ronaldo 2022-ci ilin dekabr ayının sonunda azad agent kimi “Mançester Yunayted”dən “Əl-Nəsr”ə keçib. Bu mövsüm portuqaliyalı forvard Səudiyyə Ərəbistanı klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button