“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi

“Mançester Yunayted”in sabiq futbolçusu Conni Evansı klubda yeni vəzifəyə təyin edilib.

Komanda.az xəbər verir ki, 37 yaşlı keçmiş müdafiəçi gənc oyunçuların icarəyə verilməsi üzrə şöbənin rəhbəri olub.

Evans “Mançester Yunayted”in gənc futbolçularının icarə proseslərini nəzarətdə saxlayacaq və onların inkişafına dəstək göstərəcək.

Evans “Mançester Yunayted”in heyətində ümumilikdə 241 oyun keçirib və 8 qol vurub. O, bir neçə gün əvvəl futbolçu karyerasını başa vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button