
Fransa millisinin sabiq futbolçusu Meksika klubuna keçə bilər
“Mançester Yunayted”in sabiq hücumçusu, hazırda Yunanıstanın AEK klubunda çıxış edən Antoni Marsial karyerasını Meksikada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin sabiq üzvünə Meksikanın “Pumas” klubu maraq göstərir.
Transferin icarə əsasında baş tutması planlaşdırılır.
Meksika təmsilçisi Marsialı mövsümün sonuna qədər heyətində saxlamaq istəyir. Bu ölkədə yay transfer pəncərəsi sentyabrın 12-də bağlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



