“Mançester Yunayted” Ronaldonun komandası ilə qarşılaşa bilər

“Mançester Yunayted” qış fasiləsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Səudiyyə Ərəbistanına səfər edərək yerli komandalarla qarşılaşa bilər.

İngiltərə təmsilçisi bu turu həm əlavə gəlir mənbəyi, həm də avrokuboklarda iştirak etmədiyi üçün komandanın oyun praktikasını artırmaq imkanı kimi görür.

Ehtimal olunan rəqiblərdən biri də Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” ola bilər. Bu, portuqaliyalı futbolçunun sabiq komandası ilə maraqlı qarşılaşma imkanı yaradacaq.

Premyer Liqada 6 turdan sonra “Mançester Yunayted”in hesabında 7 xal var və komanda hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button