“Mançester Yunayted”in Reşfordu satmaq istəməsinin səbəbi məlum olub

Son günlər mətbuatda “Mançester Yunayted”in hücumçu Markus Reşfordu satmağa açıq olduğu bildirilir.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubu Reşfordun həyat tərzindən narahatdır.

Son illərdə futbolçu dəfələrlə qalmaqallarla gündəmə gəlib. “Qırmızı şeytanlar” hücumçunun diqqətini futbola yönəltmədiyinə inanırlar. “Mançester Yunayted” onu satmağa hazırdır, lakin oyunçunun həftəlik 325.000 funt-sterlinq maaş alması maneə ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button