Poqba “Mançester Yunayted”i tənqid etdi – Reşforda görə

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba keçmiş klubu “Mançester Yunayted”i Markus Reşfordla yollarını ayırmaq qərarına görə tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunun əla oyunçunu itirdiyini söyləyib:

“Bu çılğınlıqdır, amma mən onun üçün xoşbəxtəm. “Mançester Yunayted” əla oyunçunu itirir. Onlar üçün çox yazıq. Düzünü desəm, “Barselona” üçün əladır.

“Mançester Yunayted” bir neçə yeni oyunçu alıb və məncə, baş məşqçi özünə məxsus bir şey qurmaq istəyir. Bu, əslində onun – Ruben Amorimin günahı deyil. Kiməsə inanmırsa… O, qalib gəlməlidir. Bunu etməsə, qovulacaq”.

“Barselona”nın Reşfordu 30 milyon avro qarşılığında icarəyə götürdüyü bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button