“Mançester Yunayted”in Reşfordla bağlı mövqeyi məlum olub

“Mançester Yunayted”in yetirməsi olan hücumçusu Markus Reşfordla bağlı mövqeyi bəlli olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı futbolçunu gələn qışda satmağa hazırdırlar.

Reşfordun satışı “Mançester Yunayted”ə maliyyə feir-pley məsələlərini həll etməyə imkan verəcək, çünki klub futbolçunun maaşı ilə xeyli qənaət edəcək.

İngiltərəli forvard cari mövsümdə bütün turnirlərdə 23 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button