“Barselona” Qrinvudun transferi üçün cəhd etmir
“Barselona” “Xetafe”də icarə əsasında oynayan “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu heyətinə qatmaq üçün heç bir cəhd etmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun diqqətini hücumdakı digər oyunçulara yönəltdiyi bildirilib.
Hazırda “Barselona”nın prioriteti hücum xəttindəki digər oyunçulardır. “Mançester Yunayted” isə hələ də Qrinvudu satmağa hazırdır. Mançester klubu yayda bir həll tapacağını gözləyir.
Daha əvvəl “Barsa”nın Qrinvud üçün MY ilə danışıqlara başladığı bildirilmişdi.
Qrinvud təcavüz iddiasına görə MY-dən uzaqlaşdırılıb. Futbolçu bəraət aldıqdan sonra klub onu heyətə qaytarmayıb. Daha sonra isə Qrinvud 2024-cü ilin yayına qədər “Xetafe”yə icarəyə verilib. O, bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin