“Qarabağ”ın diqqətinə: MY “Liverpul”u bu taktika ilə məğlub edib

“Mançester Yunayted” dünən Premyer Liqa çərçivəsində səfərdə “Liverpul”u 2:1 hesabı ilə məğlub edib.

“Qırmızı şeytanlar” matç ərzində ümumilikdə 294 ötürmə həyata keçirib və onlardan 75-i uzun ötürmə olub (25,5 faiz). Bu, “Mançester Yunayted” üçün təxminən son 8 ilin ən yüksək uzun ötürmə faizidir. Komanda 2017-ci ilin dekabrında “Arsenal”a qarşı oyun (3:1) zamanı 27,9 faiz uzun ötürmə etmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot matçdan sonra rəqibin uzun ötürmələrdən istifadə etməsini çətinlik kimi qiymətləndirib:

“Dərin müdafiə olunan və uzun ötürmələrdən istifadə edən komandaya qarşı oynamaq həmişə çətindir”.

Futbol ekspertlərinin təhlilinə görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim məhz uzun ötürmələrdən istifadə edərək “Liverpul”un müdafiə quruluşunu poza bilib və qələbə qazanıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button