MY qanalı hücumçu ilə maraqlanır

“Bornmut”un hücumçusu Antuan Semenyo “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qanalı futbolçuya ciddi şəkildə maraq göstərirlər.

“Mançester Yunayted” onu yanvar transfer pəncərəsində almağı planlaşdırmır, daha çox yayda bu addımı atmağı düşünür.

25 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 6 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button