“Mançester Yunayted” qərar verməlidir

“Mançester Yunayted” transfer pəncərəsi bağlanmazdan əvvəl qapıçı mövqeyi ilə bağlı son qərarını verməlidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hazırda iki qapıçı ilə bağlı danışıqlar aparır: “Antverpen”dən Senne Lammens və “Aston Villa”nın əsas qapıçısı Emiliano Martines.

Bildirilir ki, “Mançester Yunayted” bu futbolçulardan yalnız birini transfer edəcək. Xüsusilə, Emiliano Martinesin keçidi, klubun vingeri Ceydon Sançonu bu transferə daxil etməyə razı olub-olmamasından asılı olacaq.

İngiltərədə yay transfer pəncərəsi bu axşam bağlanır. Bu isə Ruben Amorimin komandasına qərar vermək üçün cəmi bir neçə saat vaxt qalması deməkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button