“Mançester Yunayted” Premyer Liqanı qazanmasa…” – Ronaldo

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Premyer Liqada çempionluğa namizəd “Arsenal”ın hazırkı durumu haqqında açıqlama verib.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu London təmsilçisinin oyununu bəyəndiyini etiraf edib:

“Arsenal”ı bəyənirəm, yaxşı baş məşqçiləri var. Düşünürəm ki, onlar yaxşı komandadır. “Mançester Yunayted” Premyer Liqanı qazanmasa, “Arsenal” qalib gəlsə, mən şad olaram”.

“Arsenal” 14 oyundan sonra 37 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Qırmızı şeytanlar” 26 xalla 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button