“Mançester Yunayted” peşmandır

“Fiorentina”da çıxış edən ispaniyalı qapıçı David de Xea yenidən İngiltərəyə qayıda bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsində qapıçını almağa çalışacaq. İngiltərə klubu De Xeanı göndərməklə səhv etdiyini düşünür.

De Xea 2011-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, İtaliya klubuna 2024-cü ilin yayında keçib və onun “bənövşəyilər”lə müqaviləsinin müddəti bu mövsümün sonuna kimi hesablanıb.

34 yaşlı qolkiper İtaliya çempionatının cari mövsümündə 27 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button