“Mançester Yunayted”dən Ferqyusona paltardəyişmə otağı ilə bağlı qadağa

“Mançester Yunayted”in yeni rəhbərliyi klubda öz qaydalarını yaratmağa davam edir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, komandanın keçmiş baş məşqçisi Aleks Ferqyusona paltardəyişmə otağında olmaq qadağan edilib. Bu ənənə şotlandiyalı keçmiş baş məşqçi Mett Basbinin dövründən davam edirdi. Görünür, “Mançester Yunayted” indi bundan imtina etmək qərarına gəlib.

Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. Şotlandiyalının rəhbərliyi altında komanda 38 kubok, o cümlədən 13 liqa və 2 Çempionlar Liqası kuboku qazana bilib.

“Qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Erik ten Haqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button