Keçmiş futbolçu “Mançester Yunayted”i qəbiristanlığa oxşatdı

İngiltərə millisinin keşmiş hücumçusu Piter Krauç “Mançester Yunayted”in futbolçulara və məşqçilərə mənfi təsirindən danışıb.

Komanda.az xəbər verir ki, “Daily Mail”-ə danışan keçmiş futbolçu, “Mançester Yunayted” oyunçular və məşqçilər üçün qəbiristanlığa çevrilib” deyib:

“Onların hamısının necə uğursuzluğa düçar olduğuna və xroniki inamsızlıqdan əziyyət çəkdiyinə baxın. Bütün addımlar qısamüddətlidir. Futbolçular heç bir sistem olmadan böyük maaşlar alırlar. Keyfiyyətə baxsaz, bunlar ən yaxşı oyunçulardır. Komandada həddindən artıq yüklənmə gedir. Bu, idman zalına getmək və yalnız bədəninizin üst tərəfi üçün işləmək kimidir”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 37 oyundan sonra 58 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button