
“Mançester Yunayted” onunla yollarını ayıracaq
“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço tezliklə klubunu dəyişəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim futbolçunu komandada istəmir, ona görə də, oyunçu yayın əvvəlindən yeni iş variantları axtarır. Klub iyulun sonuna kimi alıcının tapılacağına ümid edir.
“Tottenhem”, “Çelsi” və “Aston Villa” hazırda Qarnaço ilə maraqlanır.
21 yaşlı yarımmüdafiəçi son mövsümdə “qırmızı şeytanlar”ın heyətində 58 matçda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin