Sulşer açıqladı: MY onunla vidalaşacaq

“Mançester Yunayted” futbolçusu Antonio Valensiyanın müqaviləsinin müddətini uzatmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında deyib. Norveçli mütəxəssis, 33 yaşlı yarımmüdafiəçiylə yeni müqavilə imzalayacaqlarına inanmadığını bildirib.

Valensiyanın “Mançester Yunayted”lə hazırkı müqaviləsi mövsümün sonunda bitir. Ekvador millisinin üzvüylə “Vest Hem” klubu yaxından maraqlanır.

Valensiya, bu mövsüm Premyer Liqada 5 qarşılaşmada iştirak edib. O, 2009-cu ildən “Mançester Yunayted”in uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button