
“Qarabağ”ın rəqibi Mainunu icarəyə götürmək istəyir
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu İtaliya A Seriyasında oynaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Napoli” futbolçunu icarə əsasında almaqda maraqlıdır. Mainu da İngiltərə klubundakı durumundan narazıdır və oyun vaxtı qazana biləcəyi komandaya qoşulmaq istəyir.
20 yaşlı yarımmüdafiəçi bu mövsüm 5 oyunda 1 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



