
“Mançester Yunayted” qapıçısı ilə vidalaşacaq
“Trabzonspor”da icarə əsasında çıxış edən qapıçı Andre Onana “Mançester Yunayted”in gələcək planlarında yer almır.
Kamerunlu qolkiper bu ilin sentyabrında Trabzon təmsilçisinin heyətinə qoşulub. Onun icarə müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub və satınalma bəndi yoxdur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” gələn mövsüm Onananı komandaya qaytarmağı düşünmür. Klub yeni qapıçı Senne Lammensin çıxışından razıdır və böyük ehtimalla, Onana azad buraxılacaq.
29 yaşlı qapıçı bu mövsüm “Trabzonspor”un heyətində 8 oyuna çıxıb və 7 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



