MY onunla razılaşdı: 6 illik müqavilə

“Mançester Yunayted” futbolçusu Markus Reşfordun müqaviləsinin müddətini uzadacaq.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” 21 yaşlı hücumçuyla 6 illik yeni sözləşmə barədə razılıq əldə edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Hazırkı müqaviləsi 2020-ci ilin yayına qədər olan Reşfordun, yaxın günlərdə yeni sözləşməyə imza atacağı bildirilir.

Reşford bu mövsüm Premyer Liqada 22 qarşılaşmada iştirak eədərək, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button