MY “Everton”un futbolçusu üçün 80 milyon avroluq təklif hazırlayır

“Mançester Yunayted” “Everton”un müdafiəçisi Cerrad Brantueyt üçün 80 milyon avroluq təklif hazırlayır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, İngiltərə klubunun yeni ortaq sahibi Cim Ratkliff Brantueyti yenidən qurulacaq komandanın əsas oyunçularından biri kimi görür.

İngiltərəli futbolçu ilə “Real” və “Arsenal” klubları da maraqlanır.

Brantueyt bu mövsüm bütün yarışlarda 34 matçda iştirak edib və 2 qol vurub. Onun “Everton”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button